Sunday, December 22, 2013

Necə deyim ki, incimiyəsiz ?

Bir neçə həftə əvvəl bir iki nəfərin Youtube-da videolarını izlədim. Sora iki gün özümə gələ bilmədim. Sora da dedim ki, sakitləş şampion, bir gün oturub bir yazı yazarsan, ürəyün soyuyar.

Şəxsi PR

Odu ki, sözümü aydın adresliyirəm: "mənim həyat hekayəm, mənim uğur açarım, mən necə bunu bacardım, mən elə evləndim, mən belə xoşbəxt olmağa layiqəm" və bənzəri başlıqlar altında olan bütün "yaradıcılıq məhsulları"nın müəlliflərinə! Güya insanlara hansısa bəşəri dəyərlər və həqiqətlər barəsində (duyqusala bağlayan və ya şəxsiyyətə pərəstişə çevrilən) məsləhətlər verməkdi məqsədiniz, ama əsl səbəbi gizlətməyi bacarmırsız belə! 20 dəqiqəlik video boyu, MƏN MƏN MƏN (rusiyada belə universitetə girdim, Amerikada belə Harvardı dağıtdım, kvant fizikasının atası mənəm bir də sevgilim asistentimdi), sonda güya sıvama bölümü: BƏS SİZ HƏYATINIZI NECƏ QURURSUZ?
- AY SAXTAKAR, BAYAQDAN 20 DƏQİQƏDİ HƏYATIMIZIN NECƏ POX GÜNDƏ OLDUĞUNU GÖSTƏRMƏYƏ ÇALIŞIRSAN, indi isə birdən birə güya dərs vermək fikrinə düşdün?


Xeyr cənablar, sizdə cool-suz! Sizin həyatınız da əladı! Sadəcə bəlkə biraz məlumatsızlıq var. O da ki, asanlıqla həll olan məsələdi. Həyat nümunəsi olmaq isə uşaq işi deyil. Mən başa düşmürəm, hardan götürüllər bu qədər cəsarəti - çıxıb özündən belə razılıqla danışıb, onlar kimi olmağa dəvət eləyillər insanları (birbaşa və ya dolayı yollarla)! Hətta bunu edərkən o qədər təkəbbürlə edillər ki, nə qədər anlatsam azdı. Halbuki səslərinə elə bir titrəyən qorxu olur ki, söhbətin içinə etmək, axırda alqışları qazana bilməmək qorxusu.

Kult-lara ilişib qalmayın. Əsasən də (hər kəsə aid etmirəm) xaricdə oxuyub ya da bir iki aylıq kursa filan gedib gələn, ya da heç gəlməyib orda qalan qızların və oğlanların romantizm dolu həyat hekayələrinə. Özünüz olun, biraz Google-u tez tez istifadə etməyə çalışın, hər gün yeni nələrsə öyrənməyə çalışın, düzgün xəbərləri oxuyun hər gün, düzgün saytları izləyin və bunu edərkən paylaşmağa çalışın, və dostlarınızı da belə etməyə çağırın. Qəşəng adətlər yaratmağa başlayın. Nə bilim, məsələn vicdanlı olun! Şəxsiyyətinizi oluşdurun! Metroda, avtobusda yanınızda oturan adamla nəsə müzakirə etmədən ayrılmayın məsələn! Nəyi pisdi ki?! Onlardan daha çox səmimi həyat dərsi alacaqsız, nəinki o "video"lardan …

Xətriniz dəyərlidi, inciməyin!