Wednesday, February 5, 2014

QEYRİ-MƏHSULDAR GÜNÜ XİLAS ETMƏNİN ƏN AZ 6 ÜSULU

Hər birimizin tonlarla işin öhdəsindən gəlməli olduğumuz halda, gün ərzində heç bir faydalı işlə məşğul olmadığımız vaxtlarımız olub. Əslində bitirməli olduğumuz işlər sırasında bu qədər vacib punktların olmasına baxmayaraq, heç birisinə heç başlanılmaması çox gərgin haldı. Bu sadəcə işdə deyil, şəxsi həyatda da əhval ruhiyəmizin aşağı düşməsinə, gərəksiz stresin yaranmasına və hətta pis hallarda sağlamlığımızın korlanmasına belə gətirib çıxardır.
Belə günlərdə hər şeyi kənara atıb, evə gedib dincəlib səhəri gün yeni nəfəslə işə başlamaq ən uyğun çarə görünsə də, həmin günü xilas etmənin ən azı 6 kiçik ümidi var: 


Qarmaqarışıqlığı aradan qaldırın:

İş masanızın səliqəsiz halda olması sizin faydalılıq iş əmsalınıza ciddi şəkildə təsir edir. Belə ki, fərdi-məhsuldarlıq üzrə ekspert Peggy Duncan deyir: "Bir işin ortasındaykən masanızın üzərində sizə lazım olan hər hansısa bir məlumat parçasını axtaranda onu tez tapa bilməmənin stresi və bu azmış kimi sizə hal-hazırki iş üçün lazım olan materialı axtararkən tam başqa, ama çox vacib bir işin sənədləri ilə qarşılaşmanız və o işi də hələ də bitirməmənin stresi sizi hazırki işinizdən istər-istəməz ayırır. Fikrinizin dağılmasına və çox hallarda əlinizdəki işi yarımçıq buraxaraq başqa bir işlə məşğul olmanıza səbəb olur."
İş masanızın səhmana salınması prosesini sərbəst olacağınız yağışlı bir günə təxirə salmayın. Hər gün bunun üçün ayıracağınız kiçik zaman dilimi işlərinizin səhmana düşməsinə və hər zaman gözünüzün önündə real və açıq-anlaşılan "görülməli işlər siyahınızın" olmasına yardım edəcək.


Günün əvvəlini asan başlayın:

İş otağınıza girər girməz gərginlik yaranmasın deyə gününüzü kiçik və tez həll edilə bilən tapşırıqlarla başlayın. Bu sizə bir çox öhdəliklərinizin qarşısında "Görüldü" işarəsini qoymanıza kömək edəcək və bu vəziyyətdən duyduğunuz məmnunluq sizi ruhlandıracaq, beyninizi müsbət aura verən pozitiv endorfinlərlə dolduracaq. Ancaq xanım Duncan bir mövzuda uyarı etməni də unutmur: " Əmin olun ki, siz gününüzü bütövlükdə bu növ kiçik və daha az əhəmiyyətli tapşırıqlarla doldurmayasınız. Sizə günün sonunda pul qazandıran mühüm işlər sizi gözdüyür."

Bir tapşırığı seçin:

Başarı-artırma üzrə ekspert Les Taylora görə, görülməli işlər siyahısını "uğur siyahısı"na çevirməniz sizin biznes effektivliyinizi artıracaq.  Özünüzə sual verin: "Əgər bu gün biznesimi biraz daha irəli aparmaq üçün sadəcə bir işin öhdəsindən gəlmək imkanım olsaydı, bu iş nə olardı?". Ən uyğun və sizə ən çox qazandıracaq işi diqqətlə seçin və bütün fikrinizi o işin tamamlanmasına yönləndirin. Əgər e-mail bildirişləri və facebook səhifəniz sizin məhsuldarlığınızı aşağı salacaqsa, onlardan azad olun. 

Ssenarini dəyişin:


Daimi ofisinizi tərk edib fərqli bir məkana keçid etməniz beyninizin müəyyən mənada gündəlik limitlərdən azad olaraq daha geniş aspektdən məsələlərə yanaşmasına kömək edəcək. Məsələn, bəzən bilgisayarınızı özünüzlə götürüb sevdiyinizi bir kafeyə gedin, və ya boş olan bir iclas otağını seçin. 


15 dəqiqənizi ayırın:

Başlayacağınız bir işə kəsintisiz olaraq 15 dəqiqənizi ayırın və o müddətdə sadəcə o proyekt haqqında düşünün. Bu sizə qısa zamanda nə qədər çox işi bitirə biləcəyinizi sübut edəcək və sürətli şəkildə siyahınızdakı növbəti işlərə keçməyə kömək edəcək.



Pozitiv əhval ruhiyyənizi qoruyun:

Taylor deyir ki, gününüzü mənfi bir notla başlamanız qeyri-məhsuldar bir günə imza atmanın ən uğurlu başlanğıcıdır. Xəbərimiz olmadan səhər izlədiyimiz xəbərlər verlişindəki mənfi şeylər süur-altı olaraq bizə neqativ yöndə təsir edir. Buna görə də gününüzün ilk saatlarını ən çox pozitiv enerji aldığınız şeylərlə başlayın, son saatlarını isə həmin günün hesabatı ilə bitirin. Bu sizi məhsuldar bir sabaha hazırlayacaq. 






No comments:

Post a Comment