Monday, February 3, 2014

Sizin qınınız var?

Nə millətçi nöqteyi nəzərdən yanaşmayın bu yazıya, nə də mühafizəkar düşüncə tərzi ilə. Məsələ kimlik məsələsidi.

Dil öyrənmək, başqa ölkələri gəzib inkişaf etmiş cəmiyyətlər, sistemlər görmək yaxşı şeydir. Ama bu insanın kimliyini heç vaxt danmağa və ya onnan utanmağa yol açmamalıdı məncə. "Azərbaycanlı olduğumnan utanıram" ay nə bilim, "Səhv yerdə doğulmuşuq"...

Bəli, yaşadığımız cəmiyyətin çoxlu natamamlıqları var, olmasını istədiyimiz kimi deyil bir çox şey. Ama 3 kitab oxuyub, 4 ölkə gəzib, 1 dil öyrənənnən sora kimsə mahiyyətcə artıq ali səviyyəyə yetişmiş olmur. Bu bir prosesdir, ya bu prosesdə əsl xarakter göstərib hər gün şikayət dolu statuslar, şərhlər paylaşmadan davanız üçün əlinizdən gələni səbrlə edərsiz, ya da sikdir olub gedərsiz bu ölkədən! "Gedə bilmirəm, bacarsam ilk təyyarəylə gedərdim" deyənlərə mən şəxsən kömək edərəm. Amerikaya vizanız məndən! Rədd olun gedin, biz işimizi bilək.

Əgər razı deyilsizsə, sizə 3 misal çəkəcəm:

XXci əsrin ortalarında Amerikada ofis, dövlət müəssisələri, banklar, restoranlar, barlar və digər qapalı məkanlarda siqaret çəkilirdi. İnsanlar əllərindəki zibili çox rahat şəkildə küçəyə atırdılar. Və hətta bunu o zamanın filmlərində gizlətməyə belə çalışmırdılar. 1940cı illərdən bəhs edən bir filmdə təbiətdə kampa gedən bir ailə qalxdıqdan sonra oturduqları həsir üzərindəki pivə qablarını və s. zibilləri yerə çırpıb maşına minib evə yollanırlar.

XXci əsrin ikinci yarısında belə Amerikada zəncilərə insan kimi yanaşılmırdı, hətta zəncilər ağların getdiyi barlara, restoranlara buraxılmırdı. Ən çirkin işlərdə istismar edilirdilər. Demək olar ki, bütün dövlət orqanlarında haqları tapdalanırdı, rahat şəkildə küçənin ortasında günün günorta çağı bir ağdərili tərəfindən güllələnirdilər.

Girin internetdə araşdırın və 20-30 il bundan əvvəl Amerika və ya Avropada tıxaclar zamanı maşınların siqnal verdiklərini, bir xətdən digərinə keçdiklərini, piyadaların harda gəldi özlərini yola atdıqlarını görəcəksiz.

Hə nə oldu? Bu insanlar şüurlu şəkildə özlərini yavaş yavaş düzəltməyə başladılar. Nə zamandan bəri ? Ölkədə hər kəsin təhsilə əli çatandan, insanların mənəvi dəyərləri yaranandan bəri! Nə qədər zaman aldı bu onlarda ? 30 il, 40 il... hətta bir çoxlarında 50 il belə! Bizim vətəndaşların, yolda gördüyünüz siqnalın üstünə çıxanların, maşının pəncərəsinnən su qabı fırladanların, metroda tərbiyəsizlik edənlərin çoxusu nə sizin gördüyünüz təhsili görüb, nə də ailədən mənəvi dəyərlər qazanıb. Böyük mənada götürsək bu onların səhvi deyil. Ancaq bizim təhsil şansımız olub, və biz bu şansı sonrakı nəsilə elə bir geniş şəkildə ötürməliyik ki, 10 il irəli aparaq prosesi. Bu qədər sadədir məsələ.

Mən şəxsən özümü öz qohumlarımdan məsul bilirəm. Sizi əmin edirəm ki, yaxın qohumlarımdan kimsə nə küçədə üstünüzə tüpürə, nə bir xanıma söz ata, nə kiminsə haqqını tapdalamağa cəhd edər! Təbii ki, mənim sayəmdə deyil, ama bunda az da olsa mənim, valideyinlərimizin rolu var. Odur ki, ingilis dilində statuslar yazıb özünüzü sanki "Biz bunlardan deyilik!" deyərcəsinə bomba göstərməyə çalışmayın. Mahiyyətimiz aşikardır! Əl verib iş görün! Özünüzə hörmətiniz olsun! Heç bir Amerikalı və ya İngilis sizə, sizin millətinizin (sağlam və təfəkkürlü halında) verəcəyi qədər dəyər verməz! Verər deyirsinizsə, yenə də təkrar edirəm, yaxşı yol sizə!

1 comment:

  1. Aşaği yuxari, raziyam dediklerinle. Özellikle de, qohumlardan mesul olmaq meselesi. Mövzudan kenar olsa da, Islamda da en birinci, en yaxin qohum ve qonşulardan başlayaraq yardim edilmeli, sonra en uzaq olan insanlara keçilmelidir deye bir prinsip var.
    Ancaq yazida mene qaranliq qalan bir ifade var. Avropa ve ya Amerikada "menevi deyerler yarandi" deyende neyi nezerde tutmusan? Tehsili anladim, amma menevi deyerin sonradan yaranmasi prosesi nece gedir?

    ReplyDelete